Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Virtual məkanda faktiki olaraq anti-dövlət qiyamı baş verir" -  Mirşahin Ağayev

"Onlara ya ağılla, ya qanunla təhlükə başa salınmalıdır"...

Tanınmış jurnalist, Real TV-nin rəhbəri Mirşahin Ağayev son günlərdə sosial şəbəkələrdə yaradılan ab-hava ilə bağlı fikirlərini bölüşüb.

PİA.az xəbər verir ki, M.Ağayev ölkəni qarışdırmağa, insanların fikirlərini aqressivləşdirməyə çalışan qüvvələrə qarşı sərt mübarizə aparılmalı olduğunu vurğulayıb. O qeyd edib:

"Rusiya-Azərbaycan sərhədində baş verən hadisələri diqqətlə izləyirəm. Ölkənin ayrı-ayri rayonlarında özünü göstərən lokal narazılıq parçalarını da müşahidə edirəm. Ortada Şübhəli və Təhlükəli əlaqə hiss edirəm. Azərbaycanda qarışıqlıq yaratmaq istəyən qüvvələr əsasən sosial şəbəkələrin fəal istifadəçiləridir. Onlar arasında yerli FİTİLLƏR də var, xaricdə oturub burda ocaq qalamaq istəyən CƏHƏNNƏM ODABAŞILARI da.

Dövlət maraqlarını qoruyan nüfuzlu şəxslərin telefonlarına xarici nömrələrdən təhdid, təhdid mesajları gəlir. Sosial şəbəkələrdə cəmiyyət, əhali koronavirusa inanmamağa, qanunlara tabe olmamağa, idarəsizlik, tabesizlik mühiti yaratmağa çağrılır. Bu sahədə təşkil olunmuş böyük basqı var.

Sosial şəbəkələr bu gün zərərverici qüvvələrin əlində olan əsas ideologiya-diversiya tribunasıdır. Virtual məkanda faktiki olaraq anti-dövlət qiyamı baş verir. Əhalinin problemlərinin ən həssas yerləri müəyyən edilir və o sahə "işlənir". Xüsusi qabardılır. Məsələn bu gün o sahə Su Mövzusudur. Suriya hadisələrini ciddi araşdıran analitik kimi qeyd edim ki, orda da təxribatçılar, ərəb Qaponları kəndlilərin əkin suyuna ehtiyaclarını ilk etiraz aksiyalarına çevirmişdilər. Sonra axan təkcə su olmadı. Diqqətli olmalıyıq!

Hər bir həmkarımdan, sosial şəbəkə istifadəçisindən xahiş, dövlətin uyğun qurumlarından isə tələb edirəm ki, vəziyyətin ciddiliyini nəzərə alsınlar. Sosial şəbəkələrdə mütəşəkkil cinayətkar qrup kimi fəaliyyət göstərənlərin müəyyən edilərək qanun ayağına gətirilməsini təmin etməyə çalışaq! Qızışdırıcı qüvvələr dərhal zərəsizləşdirilməlidir. İnternet TV-lərin auditoriyasının (böyük-kiçikliyinə baxmadan) mövqelərinin müəyyənləşdirilməsinə nail olunmalıdır. Onlara oynadıqları oyunun təhlükəsi başa salınmalıdır. Ya ağılla. Ya qanunla! Bloqerlər, ayrı-ayrı sərbəst qələm, klaviatura sahiblərinin məsuliyyət hüdudları dürüst göstərilməlidir. Hakim Partiyanın 750 min üzvü var. Heç olmasa gənc YAP-çıların böyük bir hissəsi virtual məkana dislokasiya edilməlidir. Bütün antidövlət qüvvələr üzərində xalis qələbə qazanmalıyıq. Xüsusi Rejimin tələbləri Hərbi Vəziyyətin tələblərinə bərabər tutulmalıdır. Geri çəkilməyə yerimiz yoxdur! Arxada Dövlətdir! AZƏRBAYCANDIR!"(yenisabah)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Zaxarova Rusiya sərhədçilərinin Ermənistandan çıxarılmasına aydınlıq gətirdi

Ən çox oxunanalar